Millinin üzvü 100 milyon avroya satıla bilər
Bizi izləyin

İdman

Millinin üzvü 100 milyon avroya satıla bilər

"Başakşəhər" klubunun prezidenti Göksal Gümüşdağ Çempionlar Liqasının 1/8 final mərhələsində adını tarixə yazdıran Cengiz Ünderlə bağlı maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, prezident jurnalistlərə açıqlamasında "Roma" forması geyən Cengizin 100 milyon avroya satıla biləcəyini bildirib.

Jurnalistin "Cengizin hazırkı performansını görüncə satışına görə peşman olursunuz” sualına klub rəhbəri belə cavab verib:

"Qətiyyən elə düşünmürəm. O zaman başqa klublarımız kimi düşünmüş olaram. Həmin vaxt bu mənim üçün çox gözəl satış idi. O dönəmdə "Mançester Siti" və "Roma" Çingiz üçün klubumuzu sözün əsl mənasında işğal etmişdi. Gələcəkdə Çingiz 100 milyon avroya satıla bilər".

Qeyd edək ki, "Başakşəhər" sabiq futbolçusunu 2016-cı ildə "Roma"ya 13,4 milyon avroya satıb. O, Çempionlar Liqasının 1/8 final mərhələsində "Şaxtyor"a qarşı matçda komandasının yeganə qolunu vurub və ÇL tarixində qol vuran ən gənc türk olub. Bu oyun gənc futbolçunun ilk ÇL matçıdır.

"Transfermarkt" hazırda ona 10 milyon avro qiymət qoyub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm