İbrahimoviç geri qayıdır
Bizi izləyin

İdman

İbrahimoviç geri qayıdır

“Mançester Yunayted”də ulduzu parlayan Zlatan İbrahimoviç 2016-cı ildə son qoyduğu milli komandadakı karyerasına geri qayıtmaq istəyir.

Publika.az xəbər verir ki, bu mövsüm aldığı zədələr səbəbilə yaşıl meydanlardan uzaq qalan təcrübəli oyunçu Dünya Çempionatında milli formanı yenidən geyinmək istədiyini etiraf edib:

“Milli komanda üçün darıxmışam. Nəticədə 20 ilimi verdiyim komandadır. Kənardan izləmək elə də asan deyil. Qapımı heç nəyin üzünə bağlamadım. Ancaq zədələr səbəbilə futboldan uzaq qalmışam. Formamı yenidən qazanana qədər milli komanda haqqında fikirləşmək doğru deyil”.

İsveç Milli Komandasının baş məşqçisi Ceyn Anderson isə İbrahimoviçin milliyə geri qayıtmasının mümükün olmadığını bildirib.

Qeyd edək ki, isveçli ulduz bu mövsüm “Mançester Yunayted” forması ilə 7 matça çıxıb, 193 dəqiqə meydanda qalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm