Kolumbiyalılar türk əsilli fransızı ölümlə hədələyirlər
Bizi izləyin

İdman

Kolumbiyalılar türk əsilli fransızı ölümlə hədələyirlər

Kolumbiyalılar türk əsilli fransızı ölümlə hədələyirlər

Fransanın 4-cü divizionunda çıxış edən “Şassle” komandasının türk əsilli futbolçusu Soner Ertek ölümlə hədələnir.

Publika.az xəbər veriri ki, coğrafiya müəllimi olan həvəskar futbolçunu kolumbiyalı azarkeşlər hədələyirlər.

Soner Ertek Fransa kuboku çərçivəsində keçirilən qarşılaşmada Radamel Falkaonu zədələyən futbolçudu. Yanvar ayında zədələnən Falkao tam bərpa oluna bilmədiyi üçün dünya çempionatında çıxış edə bilməyəcək. Kolumbiyanın məşqçilər korpusu Falkaonun mundialdan kənar qaldığını elan edəndən sonra kolumbiyalı azarkeşlər qəzəbləniblər.

Onlar Soneri ölümlə təhdid etməyə başlayıblar. Artıq tvitterdə 7 mindən artıq hədə dolu mesaj Ertekin ünvanına göndərilib.

“Mən səni heç vaxt bağışlamayacam, Ertek. Heç vaxt”, “Sənin axırındı, Radamelsiz dünya çempionatı yoxdu”, “Falkaonu kim zədələyibsə, onu öldürək” tipli mesajlar kolumbiyalılar tərəfindən mütəmadi olaraq Sonerin ünvanına göndərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm