"Fənərbağça"ya AĞIR ZƏRBƏ
Bizi izləyin

İdman

"Fənərbağça"ya AĞIR ZƏRBƏ

Türkiyə Super Liqasında çempionluq uğrunda mübarizə aparan komandalardan “Fənərbaxça” öz meydanında "Akhisar Bələdiyyəspor" klubuna öz meydanında 2:3 hesabı ilə məğlub olaraq vacib xallar itirib.

Publika.az xəbər verir ki, bu oyunadək cari mövsümdə "Fənərbaxça" öz meydanında oynadığı son 9 çempionat matçında məğlub olmamışdı.

Turun dünən keçirilmiş oyununda turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandalardan lider “Qalatasaray” “Karabükspor”u səfərdə 7:0, “Başakşəhər” isə öz meydanında “Göztəpə”ni 2:0 hesabı ilə məğlub edib.

24-cü tura martın 5-də keçiriləcək mərkəzi qarşılaşma olan “Trabzonspor”– “Beşiktaş” oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinə aktivində 50 xal olan “Qalatasaray” başçılıq edir. Eyni xala malik “Başakşehir” ikinci yerdə qərarlaşıb. “Beşiktaş” və “Fənərbaxça” 44 xalla 3-4-cü yerləri bölüşürlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm