Çempionlar Liqasının cavab oyunları başlayır
Bizi izləyin

İdman

Çempionlar Liqasının cavab oyunları başlayır

Sabah Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk iki matçının cavab oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, PSJ “Real”ı, “Liverpul” isə “Porto”nu evində qonaq edəcək.

“Park de Prins”də reallaşacaq ilk oyuna parislilər və ispanlar ciddi itkilərlə çıxacaq. PSJ-nin ən güclü silahı olan Neymar ayaq nahiyəsindən ciddi zədələr aldığı və əməliyyat olunduğu üçün bu çətin oyunda komandasına kömək edə bilməyəcək. “Real” isə Luko Mordiç və Toni Krossuz mübarizə aparacaq.

Matçın baş hakimi almaniyalı referi Feliks Brix olacaq.

Qeyd edək ki, bu cütlük arasında ilk oyun 3:1 hesabı ilə ispanların xeyrinə başa çatmışdı.

Növbəti qarşılaşmanın məkanı “Enfild” olacaq. Fransadakı oyunla eyni zamanda başlayacaq oyuna ev sahibləri üstün çıxacaqlar. İlk matçın 5:0 hesabı ilə ingilislərin hesabına bitməsi bu oyunda “Porto”nun işini möcüzəyə saxlayıb. İlk oyunun qəhrəmanları het-trikə imza atan Sadio Meyn, Məhəmməd Salah və Roberto Firmino olub. Draqonların böyük hesablı məğlubiyyəti isə Tikinho Soares, Aleks Telles və Fabianonun zədəli olması ilə əlaqələndirilir. Matçda “Liverpul”un qonağına təzyiq göstərəcəyi, lakin “draqonlar”ın təslim olmayacağı gözlənilir.

Bu matç da digəri kimi almaniyalı mütəxəssisə tapşırılıb. Qarşılaşmada almaniyalı Feliks Zvayer fit çalacaq.

Qeyd edək ki, hər iki matç Bakı vaxtilə saat 23:45-də başlayacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm