• USD 1,7000 0,00% EUR 2,0614 +0,23%
    • GBP 2,3949 -0,17% RUB 0,0236 0,00%

PSJ - "Real" görüşündə nələr baş verəcək? - Baş məşqçilər danışdı

PSJ - "Real" görüşündə nələr baş verəcək? - Baş məşqçilər danışdı

Bu gün Çempionlar Liqasının 1/8 finalında görüşəcək PSJ ilə "Real"ın baş məşqçiləri oyundan öncə açıqlamalar verib.

Publika.az xəbər verir ki, ispanların baş məşqçisi Zinəddin Zidan matçın penalti seriyasına qədər uzana biləcəyini istisna etməyib:

“Komandalardan biri meydanı pis emosiyalarla tərk edəcək. Amma futbolda belə şeylər olur. Mən ancaq gözəl oyun istəyirəm. Çətin görüş olacaq. Bu çətinliyin öhdəsindən gəlməyi düşünürük. Sürprizlərə hazır olmaq və matça köklənmək lazımdır. 90 dəqiqə yaxşı oynamalıyıq. Bəlkə daha uzun oyun olacaq”.

Zidana görə, rəqib komandanın ən güclü oyunçularından biri olan Neymarın yoxluğu heç nəyi dəyişdirməyəcək:

“Onun əvəzinə meydana başqa oyunçu çıxacaq. O da öz gücünü göstərməyə çalışacaq. Neymarın yoxluğu hazırlıq planımızda dəyişikliyə səbəb deyil”.

PSJ-nin çalışdırıcısı Unai Emeri isə “Real”a qarşı soyuq bir baş və isti ürəklə oynamağın lazım olduğunu deyib:

"Təxmin edirik ki,"Real" ən yaxşı oyunçuları ilə maksimum nəticə əldə etmək üçün gələcək. Biz də qarşılığında ən yaxşı oyunumuzu göstərəcəyik. Matçın taleyinə bizim oyunumuzla qərar veriləcək. Biz soyuq baş və isti ürəklə oynamaq məcburiyyətindəyik. Amma mənə bir seçim təklif etsələr, isti ürəklə oynamağı üstün tutaram”.

Təcrübəli baş məşqçi Neymarın yoxluğuna da diqqət çəkib:

“Bir oyunçu olmaması başqasına qapı açır. Bu gün bütün oyunçularımız oyunda əhəmiyyətli rol oynayacaq. İstər əsas heyətdə çıxanlar olsun, istərsə ehtiyatda oturanlar. Mərkəzdə Mbappe, müdafiədə isə Markinos və Verattini görmək istəyirəm”.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyun 3:1 hesabı ilə “Real”ın xeyrinə başa çatıb. Cavab oyunu isə bu gün Bakı vaxtilə saat 23:45-də start götürəcək.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR