PSJ dağılır? - "Qara siyahı" hazırdı
Bizi izləyin

İdman

PSJ dağılır? - "Qara siyahı" hazırdı

Çempionlar Liqasında mübarizəni dayandıran PSJ mövsümün sonunda heyətində köklü islahatlar aparacaq. Klub rəhbərliyi bəzi oyunçuları satmaq qərarına gəlib.

Belə ki, Dani Alveş, Leven Kurzava, Yuri Berçiçe, Adrien Rabio, Marko Verratti, Xavyer Pastori, Anxel Di Mariya və Edinson Kavani yayda transferə çıxarılacaq. Adıçəkilən oyunçuların bəzilərindən məmnun qalmayan rəhbərlik bəzi aparıcı simalarla da yeni müqavilə bağlamaq niyyətində deyil. Parislilər yayda Neymar və Kilian Mbappenin ətrafında yeni kollektiv yaratmaq fikrindədi.

Həmçinin baş məşqçi Unai Emeri də yayda istefaya göndəriləcək. Onunla yanaşı, idman direktoru Anter Enrike də vəzifəsindən uzaqlaşdırılacaq. (Apasport.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm