Məmmədyarov İddiaçılar Turnirinə qələbə ilə başladı
Bizi izləyin

İdman

Məmmədyarov İddiaçılar Turnirinə qələbə ilə başladı

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakinlə qarşılaşıb.

Görüş 72-ci gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb - 1:0.

Turun digər görüşləri belə nəticələnib:

Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0

Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0.

İlk turdan sonra Şəhriyar Məmmədyarov Fabiano Karuana və Vladimir Kramniklə birgə turnir cədvəlinə başçılıq edir.

II turda Məmmədyarov ağ fiqurlarla Aronyanı sınağa çəkəcək. Bundan başqa Qrişuk - So, Lijen - Karuna və Kramnik - Karyakin görüşləri keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm