İspaniyada liderlər üçün asan tur
Bizi izləyin

İdman

İspaniyada liderlər üçün asan tur

İspaniya La Liqasında 28-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, lider “Barselona” səfərdə “Malaqa” ilə qarşılaşıb və iki cavabsız qolla qalib gəlib.

Madrid "Real"ı "Eybar"ın qonağı olub. Üç qolun qeydə alındığı oyunda Kristiano Ronaldonun dublu qonaqlara qələbə qazandırıb.

Lider "Barselona"nın ən yaxın izləyicisi "Atletiko" isə doğma meydanda "Selta" ilə matçda çətinlik çəkməyib - 3:0.

Turun başa çatan oyunlarının nəticələriylə tanış olun:

İspaniya La Liqası, 28-ci tur

9 mart

Jirona - Deportivo 2:0

Qol: Stuani, 21. Xuanpe, 57.

10 mart

Eybar - Real 1:2

Qol: Ramis, 50 - Ronaldo, 34; 84.

Sevilya - Valensiya 0:2

Qol: Rodriqo, 25; 68.

Xetafe - Levante 0:1

Qol: Koke, 79.

Malaqa - Barselona 0:2

Qol: Suares, 15. Koutinyo, 28.

11 mart

Espanyol - Real Sosyedad 2:1

Qol: Baptistao, 51. Xerard Moreno, 72-pen - Vilian Xose, 41.

Atletiko - Selta 3:0

Qol: Qrizmann, 44. Vitolo, 56. Korrea, 63.

Las-Palmas - Vilyarreal 0:2

Qol: Bakka, 67. Sansone, 90+2-pen.

Atletik - Leqanes 2:0

Qol: Raul Qarsiya, 11; 17.

12 mart

00:00 Alaves - Betis

Oxumağa davam et
Reklam
Reklam

Gündəm