ÇL, 1/8 final: "Sevilya" və "Roma" 1/4 finalda! (YENİLƏNDİ)
Bizi izləyin

İdman

ÇL, 1/8 final: "Sevilya" və "Roma" 1/4 finalda! (YENİLƏNDİ)

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.

Publika.az xəbər verir ki, “Real”, “Mançester Siti”, “Liverpul” və “Yuventus”dan sonra 1/4 finala adlayan növbəti 2 xoşbəxt komanda müəyyənləşib.

Günün ən diqqətçəkən matçında “Mançester Yunayted” “Sevilya”nı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə ispanlar növbəti mərhələyə yüksəliblər.

“Qarabağ”ın yer aldığı qrupu qalib kimi tamamlayan “Roma” ilk görüşdəki məğlubiyyətin əvəzini “Şaxtyor”dan çıxmağı bacarıb. Minimal hesablı qələbə ilə "canavarlar" 1/4 finala çıxıblar.

Çempionlar Liqası. 1/8 final, cavab oyunları

13 mart

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) - 1:0

Qol: Dzeko, 52

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Roma, “Olimpiya” stadionu

İlk oyun - 1:2

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) - 1:2

Qollar: Lukaku, 84 - Ben Yedder, 74, 78

Baş hakim: Danni Makkelye (Hollandiya)

Mançester, “Old Trafford” stadionu

İlk oyun – 0:0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm