İdman
Böyükağa Hacıyev dəfn olundu - FOTO
Bu gün vəfat edən tanınmış futbol məşqçisi Böyükağa Hacıyevin dəfn mərasimi keçirilib.
Mərhumla vida mərasimi ailə üzvlərinin yaşadığı məhəllədəki xeyir-şər evində təşkil olunub. Vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, “Neftçi” klubunun sabiq prezidenti və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov, AFFA Məşqçilər Komitəsinin üzvləri, “Keşlə”nin prezindenti Zaur Axundov, “Neftçi” rəhbərliyi, baş məşqçi Tərlan Əhmədov və futbolçular, eləcə də digər klublarının rəsmiləri, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Daha sonra mərhum dəfn olunmaq üçün Keşlə qəbiristanlığına aparılıb. Cənazə namazının ardından B.Hacıyevin nəşi torpağa tapşırılıb.
Xatırladaq ki, 20 aprel 1959-cu ildə Naxçıvanda anadan olan Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb. B.Hacıyev bu il fevralın 8-də infarkt keçirib. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stend qoyulub.
Allah rəhmət eləsin! (report)
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək