Məşhur futbolçu millidən kənarlaşdırıldı
Bizi izləyin

İdman

Məşhur futbolçu millidən kənarlaşdırıldı

İtaliya millisi itki ilə üzləşib.

Publika.az xəbər verir ki, yığmanın əsas üzvlərindən olan Corco Kyellini zədə səbəbindən “skuadra adzurra”ya qarşıdakı yoxlama oyunlarında kömək edə bilməyəcək. 33 yaşlı futbolçu bu səbəbdən millinin heyətindən kənarlaşdırılıb. “Yuventus”lu İtaliya A seriyasının SPAL-la səfər görüşündə sıradan çıxıb.

Millinin müvəqqəti baş məşqçisi Luici Di Byaco Kyellininin əvəzinə “Vest Hem”in müdafiəçisi Ancelo Oqbonnaya dəvət göndərib.

Xatırladaq ki, İtaliya millisi martın 23-də Argentina, 24-də isə İngiltərə ilə yoxlama oyunlarında qüvvəsini sınayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm