İdman
Manaus – ingilislərin nifrət etdiyi şəhər – FOTOLAR
Braziliyada keçiriləcək dünya çempionatının startına az qaldığından Publika.az da mundialla bağlı xəbərlərin yükünü çoxaldıb.
Oxuculara dünya çempionatı ilə bağlı ən xırda məlumatları belə çatdırmağa cəhd edirik. İndi isə çempionatın keçiriləcəyi şəhərlər haqqında qısa məlumat vermək istəyirik. Növbəti səyahətimiz Braziliyanın Manaus şəhərinə olacaq.
Manausun təməli 1693-94-cü ildə qala kimi qoyulub və 1832-ci ildə şəhərə çevrilib. Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatına görə, şəhərdə yeni hava limanı tikilib, küçələr təmir edilib, kommunikasiya yaxşılaşdırılıb və 4G internet şəbəkəsi istifadəyə verilib. Lakin Manaus cinayətin tüğyan etdiyi Braziliya şəhərlərindən biri hesab olunur. Şəhərdə təhlükəsizliyi təmin etmək üçün çevik polis alayının sayı çoxaldılıb.
Çempionat üçün nəzərdə tutulmuş 44 min tutumlu “Arena Amazoniya” stadionu, 44 il hökm sürmüş “Eştadiu Vivaldu Lima” arenasının yerində inşa edilib. Dünya çempionatının İngiltərə-İtaliya da daxil olmaqla, 4 matçı bu stadionda keçiriləcək. Lakin çətin ki, ingilislər Manausa gəlməkdən məmnun qala. Manausun sərt iqlimi Avropa komandaları üçün heç də əlverişli deyil.
Əgər yolunuz Manausa düşsə, əminliklə demək olar ki, çox şey qazanacaqsız. Manausda olarkən Amazon teatrına getməyi, şəhərdə ən yaxşı ət təklif edən “Rancho Bufalo” Argentina restoranını ziyarət etməyi unutmayın. Bundan əlavə, Manaus endemik primatların vətənidir. Maraqlısı budur ki, primatlar meşədə yox, məhz parkda gəzişir.
Amazon çayının Rio-Neqro çayına qovuşma anını əldən buraxmayın. Avropa əhalisinə yerli hinduların sərdabəsini ziyarət etmək də maraqlı gələcək. Manaus şəhərinə Amazon hövzəsi və Praia da Lua çimərliyinə görə səyahət etməyə dəyər.
Camalə
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye