Monakonu Kardifflə əvəzlədilər
Bizi izləyin

İdman

Monakonu Kardifflə əvəzlədilər

Monakonu Kardifflə əvəzlədilər

"Real" və "Sevilya" arasında Avropa Superkuboku uğrunda keçiriləcək oyunun stadionu müəyyənləşib.

Publika.az xəbər verir ki, qarşılaşma 12 avqust tarixində Uelsin paytaxtında yerləşən "Kardiff Arena”da oynanılacaq.

Superkubok oyunları adətən Monakoda keçirilsə də, bu dəfə UEFA görüşü Ueslin paytaxtına həvalə edib.

Əvvəlcə qarşılaşmanın "Millenium" stadionunda keçiriləcəyi planlaşdırılırdı. Lakin sonradan seçim "Kardiff" klubunun arenası üzərində edilib. Stadion 23 min tamaşaçı tutumuna malikdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm