İdman
Məmmədyarov birincilik şansını çətinləşdirdi - NƏTİCƏLƏR
Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün 12-ci turun görüşləri keçirilib.
Publika.az "Report"-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Din Lijenlə üz-üzə gəlib. 43-cü gedişdə Məmmədyarov təslim olub.
Bununla da 33 yaşlı qrossmeyster turnirdə ilk məğlubiyyətini alaraq, yarışın qalibi olma şanslarını çətinləşdirib.
İlk dövrədə bu iki şahmatçı arasındakı görüş heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Ümumiyyətlə, Məmmədyarov 12 oyunundan 2 qələbə, 9 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb. Əvvəlki 11 görüşünün hamısını heç-heçə ilə başa vurmuş Lijen isə ilk qələbəsini məhz azərbaycanlı şahmatçı üzərində qazanıb.
Paralel keçən görüşdə ABŞ-dan olan Fabiano Karuananın qara fiqurlarla İddiaçılar Turnirinin son qalibi, rusiyalı Sergey Karyakinə uduzub. Bununla da Karyakin və Karuana şərikli liderə çevriliblər. Digər iki rusiyalı isə ağ fiqurlarla heç-heçə edib.
Turun görüşləri:
Aleksandr Qrişuk (Rusiya) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Fabiano Karuana (ABŞ) - 1:0
Vladimir Kramnik (Rusiya) - Uesli So (ABŞ) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Din Lijen (Çin) - 0:1
Qarşılaşmalar saat 18:00-da başlanıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 7 xalla Sergey Karyakin və Fabiano Karuana başçılıq edir. Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Din Lijen hərəyə 6,5 xalla 3 - 5-cü yerləri bölüşür. Vladimir Kramnik 5,5 xalla 6-cı, Uesli So 5 xalla 7-ci, Levon Aronyan 4 xalla 8-cidir.
Martın 26-da keçiriləcək XIII turda görüşəcəklər: So - Karyakin, Karuana - Aronyan, Məmmədyarov - Qrişuk, Lijen - Kramnik.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO