Qurbanov: "Samir Abbasovla bu barədə razılaşmışdıq"
Bizi izləyin

İdman

Qurbanov: "Samir Abbasovla bu barədə razılaşmışdıq"

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünən “Sumqayıt”la keçirilən oyundan (2:1) sonra açıqlama verib.

Publika.az xəbər verir ki, baş məşqçi qarşılaşmanın sürətli keçdiyini bildirib.

“İstəyirdim ki, belə bir matç olsun. “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov sağ olsun, əvvəlcədən bu oyunla bağlı razılıq əldə etmişdik. Düşünürəm ki, hər iki komanda yaxşı çıxış etdi. Futbolçuların istəklərindən razı qaldım, həm “Sumqayıt”, həm də bizimkilər istəkli idilər. Oyun düşündüyümüz proqram üzərində alındı”,- Qurbanov deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm