Qurbanovun millisində ikinci itki: Bu dəfə zədə səbəbindən
Bizi izləyin

İdman

Qurbanovun millisində ikinci itki: Bu dəfə zədə səbəbindən

Sabah Antalyada Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək futbol üzrə milli komandamız matça itki ilə çıxacaq.

Publika.az xəbər verir ki, Pavel Paşayev zədə səbəbindən görüşü buraxacaq. Onun yerinə meydana Tural Axundovun çıxacağı ehtimal edilir.

Qeyd edək ki, Azərbaycan - Makedoniya oyunu sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Daha öncə baş məşqçi Qurban Qurbanov "Qarabağ"ın futbolçusu Elvin Yunuszadəni nizam-intizamsızlıq səbəbindən milli komandadan kənarlaşdırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm