Məşhur türk hakimləri Qurbanovun komandasına görə bir araya gəlir - BİR İLK - VİDEO
Bizi izləyin

İdman

Məşhur türk hakimləri Qurbanovun komandasına görə bir araya gəlir - BİR İLK - VİDEO

Bu gün Türkiyənin Antalya şəhərində Azərbaycan və Makedoniya milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

“Mardan” stadionunda baş tutacaq görüşə türkiyəli hakimlər briqadası nəzarət edəcək. Oyunda VAR (video assistant referee) sistemi tətbiq olunacaq. Bu da milli komandamız üçün bir ilkdir.

Matç "CBC Sport" telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.

Yoldaşlıq oyunu

Azərbaycan – Makedoniya

“Mardan” stadionu – Antalya, saat 20:00

Baş hakim: Halis Özkahya

Baş hakimin köməkçiləri: Kemal Yılmaz, Kerem Ersoy

Dördüncü hakim: Ali Palabıyık

VAR (video assistant referee): Cüneyt Çakır

AVAR (assistant video assistant referee): Hüseyin Göçek

Oxumağa davam et
Reklam
Reklam

Gündəm