Məmmədyarov çempionluğun bir addımlığında
Bizi izləyin

İdman

Məmmədyarov çempionluğun bir addımlığında

Almaniyanın paytaxtı Berlindəki şahmatçıların İddiaçılar turnirində bu gün sonuncu - 14-cü turun görüşləri keçiriləcək.

Publika.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşacaq.

Dünən çempionluq şansını saxlayan Məmmədyarov bunun üçün mütləq qalib gəlməli, Fabiano Karuana isə Aleksandr Qrişukla oyunda uduzmalıdır.

İddiaçılar turniri

14-cü tur

Vladimir Kramnik (2800, Rusiya) – Şəhriyar Məmmədyarov (2809, Azərbaycan)

Aleksandr Qrişuk (2767, Rusiya) – Fabiano Karuana (2784, ABŞ)

Levon Aronyan (2794, Ermənistan) – Uesli So (2799, ABŞ)

Sergey Karyakin (2763, Rusiya) – Liren Dinq (2769, Çin)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm