UEFA radikal yenilikləri açıqladı - ÇL və AL-də 4 dəyişiklik
Bizi izləyin

İdman

UEFA radikal yenilikləri açıqladı - ÇL və AL-də 4 dəyişiklik

UEFA növbəti mövsümdən Çempionlar Liqası və Avropa Liqası ilə bağlı yenilikləri açıqlayıb.

Publika.az xəbər verir ki, əsas dəyişiklik oyun zamanı komandaların 4-cü əvəzetmə hüququnun təsdiqlənməsi ilə bağlıdır. Yeni qayda yalnız əlavə vaxt olduğu təqdirdə tədbiq edilə bilər.

Bundan başqa, ÇL və AL-in final oyunu, UEFA Superkubok matçı zamanı sifariş ərizəsinə 23 futbolçunun adı daxil edilə biləcək. Yəni, ehtiyat heyətdə artıq 12 futbolçu yer alacaq.

Digər dəyişiklik isə transferlərlə bağlıdır. Artıq avrokuboklarda çıxış edən istənilən klub qış fasiləsində sifariş ərizəsinə 3 yeni futbolçunun adını əlavə edə biləcək. Həmin oyunçuların mövsüm ərzində avrokuboklarda başqa bir klubun forması ilə meydana çıxması onların yeni komandalarında oynamalarına mane olmayacaq. UEFA həmin məhdudiyyəti də aradan qaldırıb.

Avropa Liqasında qrup mərhələsindən 1/8 finaladək olan görüşlər saat 18:55-də və 21:00-da start götürəcək. Hər bir oyunun başlama saatı püşkatmaya uyğun təyin ediləcək. Sonuncu turda hər bir qrupda qarşılaşmalar eyni vaxtda olacaq. 1/4, 1/2 və final matçları 21:00-da başlayacaq.

UEFA görüşlərin başlama saatlarına dəyişiklik etmək hüququna malikdir.

UEFA Super Kuboku uğrunda oyun saat 21:00-da start götürəcək. Dəyişiklik bu il avqustun 15-də Estoniyanın paytaxtı Tallində baş tutacaq matça da şamil olunur.

Qeyd edək ki, 10 gün öncə FİFA Rusiyada keçiriləcək dünya çempionatının oyunları zamanı 4-cü əvəzetmədən istifadə oluna biləcəyini təsdiqləmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm