Məmmədyarovun son sözləri: "Yaxşı ki..."
Bizi izləyin

İdman

Məmmədyarovun son sözləri: "Yaxşı ki..."

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirininin sonuncu - XIV turunda rusiyalı Vladimir Kramniklə qarşılaşacaq Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov görüşdən öncə maraqlı paylaşım edib.

Publika.az xəbər verir ki, 33 yaşlı qrossmeyster "facebook” səhifəsində oyundan öncə son ürək sözlərini yazıb:

"Gedək-görək, başımıza nə gəlir. Hər nə olur-olsun, çox sağ olun ki, varsınız və dəstəkləyirsiniz. İndi isə iş başına keçmək vaxtıdır. Uğurlar hamıya”.

Qeyd edək ki, təmsilçimizin görüşü Bakı vaxtilə 17:00-da başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm