Milli komandanın ilklərlə dolu qolu - - VİDEO
Bizi izləyin

İdman

Milli komandanın ilklərlə dolu qolu - - VİDEO

“Qarabağ”ın futbolçusu Riçard Almeyda millimizdə ilk qolunu vurub.

Publika.az xəbər verir ki, milliləşdirilən braziliyalı yarımmüdafiəçi dünən Makedoniya ilə keçirilən yoldaşlıq oyununda fərqlənib.

Almeyda matçın 6-cı dəqiqəsində penaltidən hesabı açıb. Bu həmçinin, millimizin həm 2018-ci ildə, həm də Qurban Qurbanovun rəhbərliyi altında vurduğu ilk qoldur.

Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”da çıxış edən Almeyda ötən il yığmamıza cəlb olunub. O, millimizdəki 8-ci matçında qol hesabını açıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm