"Beşiktaş" "Bavariya"nın ulduzunu alır
Bizi izləyin

İdman

"Beşiktaş" "Bavariya"nın ulduzunu alır

“Beşiktaş” mövsüm sonunda müqavilə müddəti bitən “Bavariya”nın ulduzu Aryen Robbeni transfer etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə “Beşiktaş”ın sabiq oyunçusu Baki Mərcimək məlumat yayıb.

Futboldan uzaqlaşdıqdan sonra menecerliyə yönələn B.Mərcimək Robbenin “Beşiktaş”a gəlmə ehtimalınlın 50% olduğunu deyib. Menecer bildirib ki, hollandiyalı ulduz da Türkiyə çempionuna keçməyə müsbət baxır.

O, hazırda “Beşiktaş” forması geyinən həmvətənləri Rayn Babel və Ceremin Lenslə görüşərək klub haqqında bilgi alıb. Transfer detallarını düşünmək üçünsə klubdan müddət istəyib.

“Ağ-qaralar” Robbenə 2 illik sözləşmə təklif etmək niyyətindədir. Tərəflər transferdən məmnun qalarsa, müqavilə müddəti 1 il də uzadılacaq.

2009-cu ildən bəri “Bavariya” forması geyinən hollandiyalı ulduz bu mövsüm Bundesliqada 18 matça çıxaraq 4 qol vurub, 5 məhsuldar ötürmə edib. Çempionlar Liqasında 6 oyuna çıxan Robben 387 dəqiqə meydanda qalıb.

Karyerası ərzində “Qroningen”, PSV, “Çelsi” və “Real”ın formaları ilə tər tökən Robben 462 matçda 184 qola imza atıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm