"Beşiktaş" PSJ-nin futbolçusuna elçi düşdü
Bizi izləyin

İdman

"Beşiktaş" PSJ-nin futbolçusuna elçi düşdü

Türkiyənin son iki mövsüm çempionu “Beşiktaş” “Paris Sen-Jermen”in gənc futbolçusu Hatem Ben Arfanı transfer siyahısına salıb.

Publika.az xəbər verir ki, iki mövsüm öncə “Nays” komandası ilə ulduzu parlayan Ben Arfanın hazırkı komandası ilə işləri yolunda getməyib. İldə 5 milyon avro maaş vəd edən müqaviləsini ləğv etməyi rədd edən Ben Arfa sonda PSJ ilə razılaşıb. Fransa nəhəngi bu həftə futbolçunu sərbəst buraxıb.

“Beşiktaş” 21 milyonluq transfer dəyəri olan Anderson Taliskanı heyətinə qata bilməyəci təqdirdə Ben Arfa planını tətbiq etməyə çalışacaq. Klubun istedadlı oyunçuya ikiillik müqavilə təklif edəcəyi gözlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm