İdman
"Tour d'Azerbaidjan-2018" ləğv olundu!
"Tour d'Azerbaidjan-2018" veloturu keçirilməyəcək.
Publika.az xəbər verir ki, mayın 9-13-də planetin ən güclü şosse velosiped komandalarının yenidən Azərbaycanda mübarizə aparacağı gözlənilsə də, bu, baş tutmayacaq.
Sözügedən veloturda iştirak etmək üçün Azərbaycana gələcək komandaların mayın 8-də bir günlük "Bakı-Xızı Eko" turunda da yarışacağı bildirilirdi. Lakin bu da təxirə salınıb.
Məlumatı Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev də təsdiqləyib. O bildirib ki, "Tour d'Azerbaidjan-2018"in ləğv edilməsinə səbəb dünya çempionatına hazırlıqdı: “Dünya çempionatı daha səviyyəli, nüfuzlu yarışdı. Hazırlıq işləri xeyli vaxt aparır. Buna görə də, "Tour d'Azerbaidjan-2018" keçirilməyəcək. Qərar yalnız bu il üçün qəbul olunub. Gələn il isə həmin velotur təşkil olunacaq”.
Lakin etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, "Tour d'Azerbaidjan-2018" veloturunun ləğv edilməsinin əsl səbəbi başqadı. Belə ki, veloturun bu il keçirilməməsi maliyyə çatışmazlığı ilə bağlıdır.
Qeyd edək ki, "Tour d'Azerbaidjan” veloturu hər il “Synergy Group” ASC-nin sponsorluğu ilə keçirilirdi. (apa)
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu