• USD 1,7000 0,00% EUR 1,9289 0,00%
    • GBP 2,1442 0,00% RUB 0,0246 0,00%

Gülüş günündə kim güləcək?

Gülüş günündə kim güləcək?

Bu gün Azərbaycan Premyer Liqasında fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, milli komandanın oyunları ilə əlaqədar verilmiş aradan sonra ölkə çempionatı qaldığı yerdən – XXI turdan davam edir.

Tura Gəncədə start veriləcək. “Kəpəz” öz meydanında bu il işləri yaxşı getməyən “Zirə”ni qəbul edəcək. Turnir cədvəlinin son pilləsində qərarlaşan Yunis Hüseynovun yetirmələri qələbə qazanaraq, azarkeşlərini sevindirmək niyyətindədi.

Öz növbəsində, “Zirə” də bu görüşə 3 xal üçün çıxacaq. Paytaxt təmsilçisi Premyer Liqadakı 6 oyunluq qələbəsizlik seriyasına son qoymaq, “qara zolaq”dan çıxmaq arzusundadı. Sonuncu dəfə XIV turda “Səbail”ə qalib gələn Ayxan Abbasovun yetirmələri Beynəlxalq Gülüş günündə azarkeşlərini güldürməyə çalışacaqlar.

Günün ikinci matçında çempionatın lideri “Qarabağ” meydana çıxacaq. Qurban Qurbanovun yetirmələri autsayderlər qrupunda qərarlaşan “Keşlə”ni qəbul edəcək. Bu komandaların cari mövsümdəki hər iki duelində Ağdam klubu sevinən tərəf olub – 1:0, 2:0.

Bu dəfə də matçın favoriti “Qarabağ”dı. Bununla belə, “Keşlə” də meydana asan təslim olmaq üçün çıxmayacaq. Fasilədən öncə “Qəbələ” ilə heç-heçə (1:1) edən bakılılar son çempionla qarşılaşmada da xal qazanmağa çalışacaq.

Azərbaycan Premyer Liqası

XXI tur

1 aprel

15:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu

18:30. “Qarabağ” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
“Azərsun Arena”

Turnir cədvəli

1

Qarabağ

20

15

4

1

30-7

49

2

Qəbələ

20

12

3

5

34-20

39

3

Sumqayıt

20

10

4

6

26-21

34

4

Zirə

20

9

6

5

28-20

33

5

Neftçi

20

8

3

9

24-22

27

6

Səbail

20

5

3

12

14-28

18

7

Keşlə

20

4

4

12

17-32

16

8

Kəpəz

20

3

1

16

13-36

10

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 12 qol

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR