• USD 1,7000 0,00% EUR 1,9881 -0,26%
    • GBP 2,3304 +0,22% RUB 0,0235 +0,43%

Azərbaycan boksçusu Avropa çempionatının finalında

Azərbaycan boksçusu Avropa çempionatının finalında

Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında (AÇ) yarımfinal mərhələsinin görüşləri başa çatıb.

Azərbaycan millisinin üzvü Tayfur Əliyev (56 kq) qitə birinciliyinin finalına vəsiqə qazanıb.

Finala gedən yolda boksçumuz ispan Xose Giles Brotonsu mübarizdən kənarlaşdırıb. O, rəqib üzərində 4-1 hesabı ilə inamlı qələbə qazanıb. Final görüşündə T. Əliyev meydan sahibi Robert Jitaru ilə üz-üzə gələcək. Rumıniyalı boksçu R.Jitariu ötən il Avropa çempionatının qızıl mükafatçısıdır.

AÇ-nin bürünc medalını özü üçün təmin edən Azərbaycan millisinin digər üzvü Məhəmməd Abdullayev (+91 kq) isə yarımfinalda italiyalı Aziz Abbes Muhidinlə qarşılaşıb. Gərgin keçən görüşdə M. Abdullayev rinqi məğlub tərk edib. İtaliyalı A. Muhidin boksçumuz üzərində 4-1 hesabı ilə qələbə qazanaraq finala adlayıb.

Kişi boksçulardan ibarət Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev “Report”a hər iki boksçunun yarımfinal döyüşlərini dəyərləndirib.

“Məhəmməd keçirdiyi görüşlərdə fəal mübarizə apardı və qələbələr qazandı. Lakin son görüşündə nisbətən zəif çıxış etdi. O, bizim cavan və istedadlı boksçumuzdur. Tayfura gəlincə isə deməliyəm ki, finalda onu çox gərgin mübarizə gözləyir. İnanıram ki, bu döyüşdə Rumıniya boksçusuna qalib gələrək qızıl medal qazanacaq”, - deyə N. Abdullayev əlavə edib.

Final döyüşləri bu gün Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. (report)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR