"Zirə" "Kəpəz"i məğlub edə bilmədi - - VİDEO
Bizi izləyin

İdman

"Zirə" "Kəpəz"i məğlub edə bilmədi - - VİDEO

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci tura start verilib.

Publika.az xəbər verir ki, açılış oyunu Gəncə şəhər stadionunda "Kəpəz" və "Zirə" komandaları arasında keçirilib.

Qarşılaşma AFFA Məşqçilər Komitəsinin üzvü, "Neftçi" və "Bakı"nın sabiq baş məşqçisi Böyükağa Hacıyevin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayıb. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra "Kəpəz" xallarını 11-ə çatdırsa da, yenə sonuncu pillədə qalıb. "Zirə" isə qış fasiləsindən sonra yenə qələbəyə həsrət qalıb. Hazırda Ayxan Abbasovun komandasının 34 xalı var və bir oyun az keçirən "Sumqayıt"la 3-4-cü yerləri bölüşür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm