Ronaldo Çempionlar Liqasında İLK FUTBOLÇU OLDU
Bizi izləyin

İdman

Ronaldo Çempionlar Liqasında İLK FUTBOLÇU OLDU

Madrid “Real”ının hücumçusu Kriştianu Ronaldo daha bir rekorda imza atıb.

Publika.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”la keçirilən matçın 3-cü dəqiqəsində hesabı açan portuqaliyalı forvard ÇL-də ardıcıl 10 matçda qol vuran ilk futbolçu kimi tarixə düşüb. Buna qədər rekord ardıcıl 9 oyunda toru silkələməyi bacaran “Mançester Yunayted”in sabiq hücumçusu Rud van Nistelroya (2002-03) məxsus idi.

Qeyd edək ki, “Yuventus” – “Real” qarşılaşması qonaqların qələbəsiylə başa çatıb - 3:0.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm