İdman
Messi futboldan gedir? - Özü AÇIQLADI
"Barselona" və Argentina milli komandasının təcrübəli futbolçusu Lionel Messi karyerasını sonlandırması ilə bağlı sualları cavablandırıb.
Publika.az “Röyters”agentliyinə istinadən xəbər verir ki, ulduz bu suala aydınlıq gətirməyin çətin olduğunu deyib:
“Hələ nə qədər yaşıl meydanda olacağımı bilmirəm, amma ümid edirəm ki, çox qalacağam. Hər ötən gün mənim futbola dair arzularım və coşğunluğum böyüyür. Hələ yerinə yetirmək istədiyim hədəflərim var. Daha çox kubok, daha çox qol... İndi özümü çox yaxşı hiss edirəm və futboldan imtina etməyəcəyəm. Bu məsələ haqqında düşünməyin vaxtı bir gün gələcək. Ancaq hələ tezdir”.
"Barselona"nın baş məşqçisi Ernesto Valverde də Messinin komanda üçün əhəmiyyətindən bəhs edib və futboldan getməyin onun üçün erkən olduğunu deyib.
Qeyd edək ki, Messi professional karyerasına 2003-cü ildə başlayıb.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!