• USD 1,7000 0,00% EUR 1,9289 0,00%
    • GBP 2,1442 0,00% RUB 0,0246 0,00%

Ronaldo Azərbaycan millisi ilə bağlı xatirələrini bölüşdü: "Onda da belə qol vurmuşdum"

  • İdman
  • 4 Aprel 2018 11:22
  • 551 Baxış
Ronaldo Azərbaycan millisi ilə bağlı xatirələrini bölüşdü: "Onda da belə qol vurmuşdum"

"Real Madrid" klubunun futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasının ilk 1/4 final matçında İtaliyanın "Yuventus" komandasına vurduğu möhtəşəm qoldan sonra maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, dünya ulduzu buna bənzər bir qolu Azərbaycan millisinə qarşı keçirdiyi oyunda da vurduğunu xatırladıb. Ronaldo bildirib ki, o zaman top qapı tirinə dəyib tora daxil olsa da, hakim bunu görməyib və qol hesab etməyib.

Qeyd edək ki, 33 yaşlı hücumçu Portuqaliya millisinin heyətində 2008-ci il dünya çempionatının seçmə qrup matçı zamanı Azərbaycan millisinin qapısına aşırma zərbəsi endirmişdi.

Ronaldonun 2 möhtəşəm qolu ilə yadda qalan “Yuventus” – “Real” matçı 0:3 hesabı ilə başa çatıb.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR