• USD 1,7000 0,00% EUR 1,8873 +1,55%
    • GBP 2,0983 +1,06% RUB 0,0242 +1,65%

Millimizin üzvləri Yay Olimpiya Oyunlarına qatılmaq üçün yarışacaq

Millimizin üzvləri Yay Olimpiya Oyunlarına qatılmaq üçün yarışacaq

Aprelin 6-da Tunisin Hammamet şəhərində start götürəcək yeniyetmələr arasında III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri turnir üçün taekvondo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, yarışa millimizin üzvləri Cavad Ağayev (63 kq), Xanoğlan Kərimov (55 kq), Sahar Karghara (52 kq), Sevda Pirseyidova (49 kq), Bəhruz Quluzadə (48 kq) və Minayə Əkbərova (44 kq), qatılacaq.

120 ölkədən 962 gənc idmançının qatılacağı turnir iki gün davam edəcək.

ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyk etdiyi heyətdə milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, beynəlxalq dərəcəli hakim Ramal Camalov artıq Tunisə yollanıb.

Qeyd edək ki, III Yay Olimpiya Oyunları 1 - 12 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR