"Barselona" türkiyəli futbolçunun izinə düşdü
Bizi izləyin

İdman

"Barselona" türkiyəli futbolçunun izinə düşdü

İtaliya nəhəngi “Roma”nın türkiyəli gənc futbolçusu Cengiz Ünder “Barselona”nın maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə “Roma”nın idman direktoru Monçi məlumat yayıb.

Türkiyə millisinin parlaq ulduzuna çevrilən futbolçunun gələcəyi haqqında danışan idman direktoru onun komandaya uyğunlaşmasına dair narahatlıqlarının olduğunu bildirib: “Onu uzun müddət izlədik və önəmli işlərə imza atacağına əmin olduq. Tək narahatlığımız komandaya uyğunlaşması idi. Gənc bir futbolçu idi və Türkiyədən çıxmamışdı. Di Françesko bunu anladı və ona zaman verdi. Buna görə mövsümün əvvəlində meydançaya çox çıxmadı. Ancaq sonra istedadları ortaya çıxdı və bir ulduza çevrildi. Kiçik zədəsi səbəbilə “Kamp Nou”da oynaya bilməməsi üzücü xəbərdir”.

“Barselona”nın Cengiz Ünderlə bağlı planlarından xəbərsiz olduğunu deyən Monçi bu barədə görüş keçirmədiyini bildirib: “Mənə bu haqda çox suallar verilir. Ancaq bununla bağlı heç bir görüş keçirməmişəm. Birlikdə işlədiyim insanlar “Barselona”nın onu izlədiyini deyir. Sizi əmin edirəm ki, bu çox normal haldır”.

Qeyd edək ki, C.Ünder çıxdığı 24 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm