Milan derbisində qalib müəyyənləşmədi
Bizi izləyin

İdman

Milan derbisində qalib müəyyənləşmədi

Futbol üzrə İtaliya çempionatının 27-ci turunda "Milan" "İnter"i qəbul edib.

Publika.az xəbər verir ki, Milan derbisi 0:0 hesabı ilə nəticələnib. Bununla da, "İnter" A seriyasında məğlubiyyətsiz oyunlar seriyasını beşə çatdırıb (3 qələbə və 2 heç-heçə), "Milan" isə ötən tur "Yuventus"a məğlubiyyətdən sonra (1:3) 2018-ci ildə ilk dəfə A Seriyasında iki matç ardarda qələbə qazana bilməyib.

"İnter" (59 xal) turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb, "Milan" isə 51 xalla altıncıdır.

İtaliya A Seriyası. 27-ci tur

"Milan" – "İnter" - 0:0

"Torino" – "Krotone" - 4:1

Qollar: 1:0 – Belotti – 16, 2:0 – Falğke – 20, 3:0 – Belotti – 36, 4:0 – Belotti – 68, 4:1 – Faraoni – 90

"Kyevo" - "Sassuolo" - 1:1

Qollar: 1:0 – Cakkerini – 72, 1:1 – Kassata – 90+5

Oxumağa davam et
Reklam
Reklam

Gündəm