• USD 1,7000 0,00% EUR 1,8580 0,00%
    • GBP 2,0761 0,00% RUB 0,0238 0,00%

Nüfuzlu şahmatçılar Vüqar Həşimova görə Şəmkirə toplanır

Nüfuzlu şahmatçılar Vüqar Həşimova görə Şəmkirə toplanır

Azərbaycanın mərhum qrossmeysteri, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2018” superturnirinin açılış mərasiminin vaxtı müəyyənləşib.

Turnirin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbir aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq.

SOCAR, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçiriləcək turnir 9 turdan ibarət olacaq və aprelin 28-də başa çatacaq.

XXI kateqoriyalı Vüqar Həşimov Memorialında FİDE reytinqində yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparacaq.

Turnirin Təşkilat Komitəsi artıq iştirakçıların siyahısını dəqiqləşdirib.

Şahmat üzrə hazırkı dünya çempionu, “ShamkirChess” turnirinin ikiqat qalibi, FİDE reytinqində ilk pillədə qərarlaşan Maqnus Karlsen (Norveç, 2843)

Sabiq dünya çempionu Vladimir Kramnik (Rusiya, 2792, FİDE reytinqində 4-cü yer)

Sonuncu İddiaçılar Turnirinin iştirakçısı, Çin təmsilçisi Dinq Liren (2778, FİDE reytinqində 8-ci yer)

Dünya Kubokunun qalibi, şahmat tacı uğrunda matçın iştirakçısı Sergey Karyakin (Rusiya, 2778, FİDE reytinqində 9-cu yer)

Hollandiya şahmatının lideri Aniş Giri (2777, FİDE reytinqində 10-cu yer)

FİDE versiyası üzrə dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2749)

Çexiyalı David Navara (2745)

Azərbaycanı isə Vüqar Həşimov Memorialında “ShamkirChess” superturnirinin ikiqat qalibi, üçqat Avropa çempionu, FİDE reytinqində ikinci pillədə qərarlaşan Şəhriyar Məmmədyarov (2814), üçqat Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Teymur Rəcəbov (2748) və üçqat Avropa çempionu, blits üzrə Avropa çempionu Rauf Məmmədov (2704) təmsil edəcək.

Qeyd edək ki, 2014 və 2015-ci illərdə yarışın qalibi dünya çempionu Maqnus Karlsen (Norveç) olub. Son iki turnirdə isə azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov birinci yeri tutub.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR