200 milyon dollarlıq döyüşlərin ulduzu həbs edildi
Bizi izləyin

İdman

200 milyon dollarlıq döyüşlərin ulduzu həbs edildi

UFC-nin (Ultimate Fighting Championship) keçmiş çempionu irlandiyalı Konor Makqreqor həbs edilib.

Publika.az xəbər verir ki, idmançının həbs edilməsinə səbəb aprelin 5-də Nyu-Yorkun mərkəzində UFC keçmiş çempionlarına həsr edilən görüşdə qalmaqal salması olub. Konor Makqreqor yığıncağa döyüşçüləri gətirən avtobuslardan birinə hücüm edib.

Daha sonra məlum olub ki, həmin avtobusda rusiyalı döyüşçüsü Həbib Nurmaqomedov da olub.

Lakin avtobusda olan döyüşçülərin heç biri Konor Makqreqordan şikayətçi olmayıb.

Xatırladaq ki, Konor Makqreqorun döyüşlərinə milyonlarla dollar pul qoyulurdu.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm