Nə Messi, nə də Ronaldo - İspaniyada ən yaxşı futbolçu türk seçildi
Bizi izləyin

İdman

Nə Messi, nə də Ronaldo - İspaniyada ən yaxşı futbolçu türk seçildi

İspaniyanın Birinci Liqasında (La Liqa) oynayan “Vilyareal”da mart ayının oyunçusu türkiyəli futbolçu olub.

Publika.az xəbər verir ki, ayın futbolçusu Enes Ünal seçilib.

Bu barədə məlumat klubun rəsmi tvitter səhifəsində paylaşılıb.

“Vilyarealın” ötən ay “Girona” və “Atletiko Madrid”ə qarşı matçlarında oyuna sonradan daxil olan Türkiyənin milli ulduzu performansı ilə hər kəsi təəvccübləndirmişdi.

Enes Ünal özəlliklə, “Atletiko Madrid”ə qarşı oyunda komandası 1:0 hesabı ilə məğlub olarkən 74-cü dəqiqədə oyuna girmiş və 2 qol vuraraq qalibiyyəti gətirən oyunçu olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm