Pikenin ən məhsuldar mövsümü
Bizi izləyin

İdman

Pikenin ən məhsuldar mövsümü

“Barselona”nın təcrübəli müdafiəçisi Cerard Pike karyerasının ən məhsuldar dövrlərindən birini yaşayır.

Publika.az xəbər verir ki, Pike təkcə mərkəz müdafiəçiliyi ilə deyil, hücum qabiliyyəti ilə də bu mövsüm futbol dünyasının zövqünü oxşayır.

Çempionlar Liqasının ¼ final mərhələsində “Roma”ya qarşı çıxışı Pikenin bu mövsüm keçirdiyi ən məhsuldar matçlarından biridir. Onun bu matç iki qolda payı olub.

Pike ümumilikdə, bu mövsüm Çempionlar Liqasında 12 qol vurub. O, bu nəticə ilə sadəcə Roberto Karlos (16) və İvan Helgueradan (15) geridə qalıb. Müdafiəçilərin qol yarışında Pikeni Serxio Ramos və Panuççi izləyir. Onların hər birinin hesabında 11 qol var.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm