Qurbanov millidən qovduğu "Qarabağ"lı futbolçu ilə bağlı SON QƏRARINI VERDİ - AÇIQLAMA
Bizi izləyin

İdman

Qurbanov millidən qovduğu "Qarabağ"lı futbolçu ilə bağlı SON QƏRARINI VERDİ - AÇIQLAMA

"Qarabağ"ın gənc yarımmüdafiəçisi Elvin Yunuszadə komandanın əsas heyətinə geri qayıdıb.

Bu barədə klubun mətbuat xidməti Nurlan İbrahimov Publika.az-a məlumat verib.

N.İbrahimov bildirib ki, baş məşqçi Qurban Qurbanov E.Yunuszadə ilə görüşüb və razılığa gəlib.

“Elvinlə bağlı millidə müəyyən problemlər yaranmışdı. Ona görə əsas komandadan uzaqlaşdırılmışdı. Daha sonra Qurbanov futbolçu ilə görüşdü və qərar verdi ki, Elvin artıq əsas komandada çıxış etməlidir. O, aprelin 4-dən etibarən "Qarabağ"ın əsas komandası ilə məşqlərə başlayıb”.

Qeyd edək ki, E.Yunuszadə Belarus millisi ilə yoxlama oyunundan öncə intizam qaydasını pozduğu üçün yığmamızın baş məşqçisi Qurban Qurbanov onu heyətdən kənarlaşdırmışdı. "Qarabağ"da isə əvəzedici heyətə göndərmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm