DƏHŞƏTLİ QƏZA: 14 idmançı faciəvi şəkildə öldü - - FOTO
Bizi izləyin

İdman

DƏHŞƏTLİ QƏZA: 14 idmançı faciəvi şəkildə öldü - - FOTO

Kanadanın “Humboldt Bronkos” xokkey klubunun gənclərdən ibarət komandası Saskaçevan əyalətində faciəvi şəkildə qəzaya düşüb.

Publika.az xəbər verir ki, klubun avtobusu yük maşını ilə toqquşub.

Qəza nəticəsində, avtobusda olan 28 idmançıdan 14-ü həlak olub. Ölənlərin 16-21 yaş arasında olduğu deyilir.

Hadisə dünən günorta saat 5 radələrində baş verib. Komanda bir yarış üşün olduğu şəhərdən digərinə səfər edirmiş.

Hadisə ilə üzgünlüyünü ifadə edən Kanadanın baş naziri Castin Tryudo tviter səhifəsindən həlak olanların yaxınlarına başsağlığı verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm