Millimiz ABŞ-da Dünya Kuboku uğrunda ilk mübarizəsinə çıxacaq
Bizi izləyin

İdman

Millimiz ABŞ-da Dünya Kuboku uğrunda ilk mübarizəsinə çıxacaq

Bu gün ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku start götürəcək.

Publika.az xəbər verir ki, B yarımqrupunda mübarizə aparacaq Azərbaycan millisi ilk görüşünü Kuba yığmasına qarşı keçirəcək.

B xalçasında olacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Firdovsi Umudovun rəhbərlik etdiyi kollektiv aprelin 8-də Qazaxıstan (saat 02:30) və Monqolustan (saat 19:00) komandaları ilə qarşılaşacaq.

Azərbaycan komandası ötən il keçirilən analoji yarışıda 3-cü yeri tutub. Buna qədər isə yığma 2 dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.

Yarış Dünya Güləş Birliyinin rəsmi saytından canlı yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm