• USD 1,7000 0,00% EUR 1,9912 -0,51%
    • GBP 2,3304 -0,68% RUB 0,0232 -0,86%

"Sumqayıt" "Neftçi"yə də uduzmadı - Uğurlu seriya davam edir

  • İdman
  • 8 Aprel 2018 21:12
  • 514 Baxış
"Sumqayıt" "Neftçi"yə də uduzmadı - Uğurlu seriya davam edir

Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

Publika.az xəbər verir ki, turun son qarşılaşmasında "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib.

"Bakcell Arena"da FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə qalib müəyyənləşməyib - 2:2.

Bununla da ardıcıl məğlubiyyətsiz oyunlarının sayını 10-a çatdıran "Sumqayıt" xallarını 36-ya çatdıraraq, 3-cü pillədəki mövqeyini qoruyub. "Neftçi" isə 31 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun digər oyunlarında "Qarabağ" "Səbail"i 1:0 hesabı ilə yenib. "Kəpəz" - "Keşlə" və "Zirə" - "Qəbələ" matçları isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan Premyer Liqası, XXII tur

18:30. "Neftçi” – "Sumqayıt” - 2:2

Qollar: Mirabdulla Abbasov, 45. Namik Ələskərov, 63 - Rəşad Eyubov, 41. Cavid İmamverdiyev, 78

"Bakcell Arena”

İlk üç dövrə: 0:1, 2:1, 0:2

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR