FİDE Prezident Şurası prezidentin dərhal istefasını tələb edir
Bizi izləyin

İdman

FİDE Prezident Şurası prezidentin dərhal istefasını tələb edir

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezident Şurası təşkilatın hazırkı prezidenti Kirsan İlyumjinovdan dərhal istefaya getməsini tələb edib.

Publika.az xəbər verir ki, təşkilatın mətbuat xidmətinin məlumatına əsasən, qərar qurumun Minskdə keçirilmiş iclasında qəbul edilib.

Məlumata görə, qeyd olunan qərarın qəbul edilməsinə səbəb K.İlyumjinovun ABŞ-ın tətbiq etdiyi sanksiya siyahısında yer almasıdır. Təşkilatın bu səbəbdən ciddi maliyyə çətinlikləri yaşadığı bildirilir.

FİDE Prezident Şurasının 14 üzvü hazırkı prezidentin dərhal istefasını dəstəkləyib, 1 nəfər qərarın “əleyhinə” səs verib.

FİDE Prezident Şurası həmçinin təşkilatın Moskva ofisinin də dərhal bağlanılmasına dair qərar qəbul edib.

FİDE-nin vitse-prezidenti Georgius Makropulos təşkilatın prezidenti postuna öz namizədliyini irəli sürüb. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm