"Azərbaycanla görüşün ağır olacağını bilirdik" - ABŞ-lı məşqçi
Bizi izləyin

İdman

"Azərbaycanla görüşün ağır olacağını bilirdik" - ABŞ-lı məşqçi

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kubokunun finalında ABŞ təmsilçiləri ilə qarşılaşıb. Görüş 6:4 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Publika.az xəbər verir ki, mübarizədən sonra ev sahibi komandanın baş məşqçisi Bill Zadik görüş barədə fikirlərini bölüşüb.

“Komandamız çox yaxşı döyüşdü. Güləşçilərimiz inadla mübarizə apardılar. Azərbaycan yığması ilə görüşün ağır olacağını bilirdik. Bizim uşaqlar çox yaxşı mübarizə apardılar. Onlara görə sevinirəm. Titulu ABŞ-a qazandırdıq”, – baş məşqçi bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm