Cüdoçularımız İtaliyada 6 medal qazandı
Bizi izləyin

İdman

Cüdoçularımız İtaliyada 6 medal qazandı

İtaliyanın Linyano şəhərində keçirilən gənc cüdoçuların Avropa Çempionatına yekun vurulub.

Publika.az xəbər verir ki, turnirin son yarış günündə Azərbaycanın daha bir idmançısı fəxri kürsüyə yüksəlib. 100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov bürünc medal qazanıb. Beləliklə, təmsilçilərimiz Avropa Kubokunda ümumilikdə 6 medal qazanıb.

Bunadək 55 kq çəki dərəcəsində Balabəy Ağayev qızıl, Rəşxan Baxışəliyev gümüş, Rövşən Əliyev bürünc medala sahib olub. 60 kq çəki isə Yaşar Nəcəfov gümüş, Əhməd Yusifov bürünc medal qazanıb.

Qeyd edək ki, 36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa Kubokunda Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm