Millinin baş məşqçisi QOVULDU
Bizi izləyin

İdman

Millinin baş məşqçisi QOVULDU

Futbol üzrə Yaponiya milli komandasına yeni baş məşqçi təyin edilib.

Publika.az xəbər verir ki, bu Akira Nisinodur.

Qeyd edək ki, Yaponiya Futbol Federasiyası ötən gün baş məşqçi Vahid Halilhodziçi komandadakı uğursuzluqlara görə istefaya göndərmişdi.

***

Yaponiya Futbol Federasiyası Dünya Çempionatına 66 gün qalmış riskli bir qərar verib.

Publika.az xəbər verir ki, federasiya yoldaşlıq oyunlarında əldə edilən məğlubiyyətlərdən sonra millinin baş məşqçisi Vahid Halilhodziçi vəzifəsindən kənarlaşdırıb.

Yaponiya millisi ilk qarşılaşmasında Mali ilə 1:1 hesablı bərabərə qalmışdı. Ukrayna təmsilçisinə isə 2:1 hesabı ilə uduzmuşdu. İki ölkənin Dünya Çempionatına qatılmaması və Yaponiyanın yaşıl meydandakı nəzərəçarpacaq uğursuzluğu federasiyanı bu qərarı qəbul etməyə məcbur edib.

Qeyd edək ki, təcrübəli baş məşqçi 2015-ci ildən etibarən Yaponiya millisini çalışdırırdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm