"Roma" "Barselona"nı Çempionlar Liqasından kənarlaşdırdı - YENİLƏNDİ
Bizi izləyin

İdman

"Roma" "Barselona"nı Çempionlar Liqasından kənarlaşdırdı - YENİLƏNDİ

Futbol üzrə Çempionlar Liqasında ilk 2 yarımfinalçı müəyyənləşib.

Publika.az xəbər verir ki, ilk oyunda "Barselona"ya 1:4 hesabıyla uduzan "Roma" cavab qarşılaşmasında 3:0 hesablı qələbə qazanaraq, səfər qolu hesabına ispanları mübarizədən kənarlaşdırıb.

İngiltərə duelinin qalibi isə "Liverpul" olub. Yurgen Kloppun yetirmələri cavab qarşılaşmasında da Xosep Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti"ni məğlub edib.

Daha 2 yarımfinalçının adına bu gün keçiriləcək "Real" (İspaniya) - "Yuventus" (İtaliya) və "Bavariya" (Almaniya) - "Sevilya" (İspaniya) matçlarından sonra aydınlıq gələcək.

Çempionlar Liqası. 1/4 final, cavab oyunları

10 aprel

22:45. "Roma” (İtaliya) – "Barselona” (İspaniya) - 3:0

Qollar: Edin Ceko, 6. Daniele De Rossi, 57-penalti ilə. Kostas Manolas, 82

Baş hakim: Kleman Türpen (Fransa)

İlk oyun – 1:4

22:45. "Mançester Siti” (İngiltərə) – "Liverpul” (İngiltərə) - 1:2

Qollar: Qabriel Jezus, 2 - Məhəmməd Salah, 56. Roberto Firmino, 77

Baş hakim: Antonio Matyö Laos (İspaniya)

Mcançester. Şəhər stadionu

İlk oyun – 0:3

Oxumağa davam et
Reklam
Reklam

Gündəm