Bundesliqada azarkeşlərdən qadın hakimə qarşı ŞOK HƏRƏKƏT
Bizi izləyin

İdman

Bundesliqada azarkeşlərdən qadın hakimə qarşı ŞOK HƏRƏKƏT

Almaniya Bundesliqasının 29-cu həftəsi çərçivəsində keçirilən “Borussiya Menhenqladbax” – “Herta Berlin” matçına qadın hakim Bibibana Ştenhaus damğa vurub.

Publika.az xəbər verir ki, Almaniyanın tək professional qadın hakimi matçda VAR sisteminin köməkliyi ilə verdiyi qərarlardan dolayı azarkeşklərin qəzəbinə tuş gəlib.

B.Ştenhaus ev sahibi komandanın bir qolunu VAR sisteminin verdiyi qərarla ləğv edib. Daha sonra elə həmin komandaya qalibiyyət qolunu gətirən penalti qərarı təyin edib. Buna baxmayaraq, qadın hakim azarkeşlərin qəzəbindən qurtula bilməyib. Tribunadan ona qarşı “fahişə” şüarları səsləndirilib. Şüarlar hətta televiziyadan da eşidilib.

Ev sahibi “Borussiya” azarkeşlərin 39 yaşlı FİFA lisenziyalı hakimə uyğunsuz sloqanlar səsləndirməsi səbəbilə üzrxahlıq mesajı yayımlamaq məcburiyyətində qalıb.

Qeyd edək ki, B.Ştenhaus əvvəllər polis məmuru olub. O, ingiltərəli hakim Hovard Vebb ilə sevgi münasibətləri yaşayır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm