Premyer Liqada çətin sınaq
Bizi izləyin

İdman

Premyer Liqada çətin sınaq

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli müəyyənləşib.

Publika.az xəbər verir ki, qarşıdakı tura aprelin 14-də Gəncə şəhər stadionunda "Kəpəz" - "Qarabağ" matçı ilə start veriləcək.

Qalan 3 oyun isə ertəsi gün olacaq. "Zirə" və "Neftçi" arasında keçiriləcək mərkəzi qarşılaşma həm də turun son oyunu olacaq.

Görüşlərdən 3-ü “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

14 aprel (şənbə)

“Kəpəz” – “Qarabağ”

Gəncə şəhər stadionu, 16:00 (canlı)

15 aprel (bazar)

“Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu, 19:00 (canlı)

“Sumqayıt” – “Keşlə”

“Kapital Bank Arena”, 18:00 (canlı)

“Qəbələ” – “Səbail”

Qəbələ şəhər stadionu, 17:00 (canlı)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm