Möcüzə baş tutmadı - "Real" və "Bavariya" yarıımfinalda - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

İdman

Möcüzə baş tutmadı - "Real" və "Bavariya" yarıımfinalda - VİDEO - (YENİLƏNDİ)

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, "Real” doğma azarkeşlər önündə "Yuventus”la üz-üzə gəlib. İtaliyadakı matçda 3:0 hesabı ilə qələbə qazanan Madrid təmsilçisi cavab matçında son dəqiqələrə qədər eyni hesabla məğlub durumda olub. Ronaldonun final fiti ərəfəsində penalti qolu "Yuve"nin yarımfinal arzularının üstündən xətt çəkib.

Günün digər oyununda "Bavariya” "Sevilya”nı qəbul edib. İlk görüşdə almanların səfərdə 2:1 hesablı qələbəsi mərhələni keçməyə kifayət edib. Münhendə qapılara qol vurulmayıb.

Çempionlar Liqası. 1/4 final, cavab oyunları

11 aprel

22:45. "Real Madrid” (İspaniya) – "Yuventus” (İtaliya) 1:3

Qol: Ronaldo, 90+5 - Mancukiç, 2; 37. Matuidi, 67.

Baş hakim: Maykl Oliver (İngiltərə)

İlk oyun – 0:3

22:45. "Bavariya” (Almaniya) – "Sevilya” (İspaniya) 0:0

Baş hakim: Villi Kollam (Şotlandiya)

İlk oyun – 2:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm